ABŞ İranı blokadaya almasından sonra 37 gəminin istiqamətini dəyişib
sizinxeber.az xəbər saytı

ABŞ İranı blokadaya almasından sonra 37 gəminin istiqamətini dəyişib


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Amerika qüvvələri aprelin 13-də - İranı dəniz blokadasına başlayandan bəri 37 gəminin istiqamətini dəyişib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının "X" sosial şəbəkəsində bəyanatında bildirilir.

"ABŞ qüvvələri Amerika sanksiyalarının tətbiqini və İran limanlarına daxil olan və ya çıxan gəmilərin tam blokadasının davam etdirir. Blokada başlayandan bəri otuz yeddi gəminin istiqaməti dəyişib", - bəyanatda qeyd olunur.

Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Oxşar xəbərlər

CENTCOM: ABŞ Silahlı Qüvvələri İranda 8 mindən çox hədəfi məhv edib
Şəhram İrani: Trampın Hörmüzü blokadaya almaqla bağlı təhdidi absurddur
Tramp İranı Hörmüz boğazında gəmiçilik qaydalarını pozmaqda təqsirləndirib
Xamenei: İran müharibəyə can atmır
İran Hörmüz boğazından ABŞ və İsraillə əlaqəli gəmilərin keçidini tam qadağan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər