Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib
sizinxeber.az xəbər saytı

Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib


Ukrayna Hərbi Hava Qüvvələri iyunun 29-na keçən gecə Rusiyanın hücumunu dəf edərkən F-16 qırıcısını pilotu ilə birlikdə itirib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, pilot təyyarəni ərazidən yayındıra bilib.

"Təəssüf ki, indi daha bir ağrılı itki ilə üzləşmişik. Bu gecə düşmənin böyük hava hücumunu dəf edərkən F-16-da 1993-cü il təvəllüdlü 1-ci dərəcəli pilot polkovnik-leytenant Maksim Ustimenko həlak olub", - deyə məlumatda bildirilir.

Bildirilir ki, pilot bütün bort silahlarından istifadə edib, yeddi hava hədəfini vurub, lakin onun təyyarəsi zədələnib və hündürlüyünü itirməyə başlayıb.

İyunun 29-na keçən gecə Rusiya Ukrayna ərazisinə müxtəlif tipli pilotsuz təyyarələr və raketlərlə hücum edib. Ümumilikdə 500-dən çox hava hədəfi qeydə alınıb.

Oxşar xəbərlər

Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib
Ukrayna SQ: Rusiya gecə Ukrayna istiqamətdə 400-dən çox dron və 44 raket buraxıb
Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
İsrail Livandan gələn hava hədəfini ələ keçirdiyini bildirib
İran İsrailin daha bir "F-35"ni vurub, pilot əsir götürülüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər