Yalçın Rəfiyev: "Şəhərlərdə iqlim fəaliyyətlərinin maliyyələşdirilməsi üçün praktiki həllər vacibdir"
sizinxeber.az xəbər saytı

Yalçın Rəfiyev: "Şəhərlərdə iqlim fəaliyyətlərinin maliyyələşdirilməsi üçün praktiki həllər vacibdir"


Dünyada şəhərlərdə iqlim fəaliyyətlərinin maliyyələşdirilməsini sürətləndirmək müxtəlik praktiki həllər tələb edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "One UN" dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, şəhərlərdə iqlim fəaliyyətlərinin maliyyələşdirilməsini sürətləndirmək "yaşıl istiqraz"lar və iqlim fondlarından tutmuş, dövlət-özəl tərəfdaşlığına və innovativ yerli maliyyələşdirmə mexanizmlərinə qədər praktiki həllər tələb edir: "Bu, həmçinin yerli idarəetmə orqanlarının səlahiyyətlərinin artırılmasından asılıdır ki, onlar bu resurslara effektiv şəkildə çıxış əldə edə və tətbiq edə bilsinlər".

O qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dayanıqlı mənzil təminatı və şəhərsalma vasitəsilə irəliyə aparmaq üçün daha güclü çoxtərəfli əməkdaşlıq, BMT sistemi daxilində koordinasiyalı fəaliyyət və bütün səviyyələrdə effektiv tərəfdaşlıq zəruridir: "WUF13-ün ev sahibi kimi Azərbaycan inklüziv, davamlı və dayanıqlı şəhərsalmanı dəstəkləmək öhdəliyinə sadiq qalır. Gəlin, bu forumdan əməkdaşlığı gücləndirmək, daha yaxşı şəhərlər və hamı üçün daha yaxşı həyat naminə praktiki fəaliyyətləri sürətləndirmək üçün istifadə edək".

Oxşar xəbərlər

Yalçın Rəfiyev: "Təhlükəsiz mənzil təminatı olmadan iqlim və iqtisadi məqsədlərə nail olmaq mümkün deyil"
Yalçın Rəfiyev: "Karbondan təmizlənmiş gələcəyə doğru birgə çalışmalıyıq"
IsDB: Ənənəvi və innovativ maliyyələşdirmə üsullarının kombinasiyası tələb olunacaq
Yalçın Rəfiyev: “COP29 ən əhəmiyyətli və tarixi iqlim konfranslarından biri kimi tanınıb”
Azərbaycan Hatay Bəyannaməsinə dəstək verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər