Qalibaf: Düşmən yeni müharibə axtarır
ABŞ və İsrail İrana hücumun yeni mərhələsinə hazırlaşır.
"Sizinxeber.az" ISNA-ya istinadən xəbər verir ki, İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf xalqa müraciətində belə iddia ilə çıxış edib.
"Düşmənin açıq və gizli hərəkətləri onun müharibənin yeni mərhələsini axtardığını göstərir", - o bildirib və əlavə edib ki, ABŞ ilə İsrail strateji tələyə düşüb.
Qalibafın fikrincə, İranın iqtisadi dayanıqlığı artsa, ABŞ İslam Respublikasının təslim olmayacağını anlayacaq. "Hərbi potensialın bərpası üçün atəşkəsdən ən yaxşı şəkildə istifadə olunub", - Qalibaf vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi müzakirə olunub
İran ordusu ABŞ və İsraili yeni silahlarla hədələyib
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
Marko Rubio: İran raket ehtiyatlarının yarısını saxlayıb
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
