Cozef Aun: İsraillə danışıqlara razılıq vermək Livanın təslim olması demək deyil
sizinxeber.az xəbər saytı

Cozef Aun: İsraillə danışıqlara razılıq vermək Livanın təslim olması demək deyil


Livan Prezidenti Cozef Aun bildirib ki, Beyrut Yaxın Şərqdə təhlükəsizlik və sülhə nail olmaq üçün bütün səylərini davam etdirəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə prezidentin dəftərxanası "X"-də məlumat yayıb.

Aun qeyd edib ki, Livan ölkənin cənub hissəsindəki vətəndaşlar üçün humanitar yardımın artırılması məqsədilə beynəlxalq təşkilatlara müraciət etməyə davam edir.

"Diplomatiya qansız müharibədir, müharibə isə qan, dağıntı və xaosdur. Buna görə də öz hüquqlarımızı qətiyyətlə müdafiə etməklə qarşıdurma tərəfləri arasındakı danışıqlarda iştirak etmək qərarı qəbul edildi. Prioritet – Livana hücumların dayandırılması, İsrail qoşunlarının çıxarılması və əsirlərin qaytarılmasıdır, bunun ardınca uzun illər davam edən müharibə və dağıntılardan sonra sülh haqqında danışmaq mümkün olsun", - Livan lideri bildirib.

Aun qeyd edib ki, danışıqlar İsrailə güzəştə getmək və ya təslim olmaq demək deyil, problemlərin həlli üçün zəruridir.

"Bu vəziyyətdə livanlıların öz dövlətinin yanında olması vacibdir, çünki onlar bu müharibələrdən yorulublar. Mənim vəzifəm Livan üçün təhlükəsizlik və sülhə nail olmaq naminə bütün səyləri göstərməkdir", - o bildirib.

Oxşar xəbərlər

Cozef Aun: ABŞ-də keçiriləcək Livan-İsrail danışıqlarında atəşkəs əldə oluna bilər
Livan İsraillə sərhəddə kontingentini artırır
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
Cozef Aun: Livanın iki yolu var - müharibə, ya da İsraillə danışıqlar
BMT-nin Baş katibi: Yanvarın 27-dək İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasına nail olacam

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər