BMT-nin Baş katibi: Yanvarın 27-dək İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasına nail olacam
İsrail qoşunlarının çıxarılması və sərhəddə Livan ordusunun yerləşdirilməsi sülhün yeni səhifəsini açmağa imkan verəcək.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Beyrutda respublika Prezidenti Cozef Aun ilə danışıqlar aparan BMT-nin Baş katibi Antonio Quterriş bildirib.
"Biz atəşkəs razılaşmasında nəzərdə tutulmuş müddətdə - yanvarın 27-dək İsrail qoşunlarının Cənubi Livandan təhlükəsiz çıxarılmasını təmin etmək üçün mümkün olan hər şeyi edəcəyik", - deyən Quterriş beynəlxalq ictimaiyyəti Livana hər cür dəstək göstərmək üçün səfərbər etməyə hazır olduğunu bildirib.
BMT-nin Baş katibi prezident Aunu respublika başçısı vəzifəsinə seçilməsi münasibətilə təbrik etdiyini və ciddi zərər çəkmiş Livan xalqı ilə həmrəylik ifadə etdiyini bildirib. Onun sözlərinə görə, respublikanın gələcək hökuməti dövlət institutlarını gücləndirmək və ölkənin dirçəlməsi ilə məşğul olmaq üçün unikal şansa malikdir.
"İnanıram ki, livanlılar ölkəni yenidən Yaxın Şərqin həyati vacib mərkəzinə çevirə biləcəklər", - Quterriş vurğulayıb.
Oxşar xəbərlər
Makron İsraili qoşunlarını Livandan çıxarmağa çağırıb
BMT Baş katibi: Livan uçurumun astanasındadır
Bayden: ABŞ Livanın yeni prezidentini ölkənin bərpasında dəstəkləyəcək
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
Quterreş Livana hərbi texnikanın verilməsinə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
