Cozef Aun: ABŞ-də keçiriləcək Livan-İsrail danışıqlarında atəşkəs əldə oluna bilər
sizinxeber.az xəbər saytı

Cozef Aun: ABŞ-də keçiriləcək Livan-İsrail danışıqlarında atəşkəs əldə oluna bilər


Livan və İsrail nümayəndələrinin aprelin 14-də ABŞ-də keçirilməsi planlaşdırılan görüşü birbaşa ikitərəfli təmaslara, həmçinin sərhəddə atəşkəs rejiminin tətbiqinə yol açacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani ilə görüşündən sonra bildirib.

"Bütün hərbi əməliyyatları dayandırmaq və Livanın cənubunda vəziyyəti sabitləşdirmək üzrə praktiki addımları həyata keçirmək üçün birbaşa danışıqlar Livanın danışıqlar qrupu tərəfindən aparılacaq", - o vurğulayıb.

Aunun sözlərinə görə, hazırda ABŞ-nin himayəsi altında davamlı nizamlama əldə etmək imkanı mövcuddur və Livan da buna can atır.

"Lakin İsrail ərəb ölkələrinin və beynəlxalq ictimaiyyətin zərbələri dayandırmaq çağırışlarına cavab verməlidir", - o qeyd edib.

Öz növbəsində, Tayani İtaliyanın Livan və İsrail arasında sülh sazişinin əldə olunmasına kömək etməyə hazır olduğunu bildirib.

"İki ölkə arasında birbaşa dialoqun aparılması çox müsbət haldır", - o diqqətə çatdırıb.

Qeyd edək ki, aprelin 14-də Vaşinqtonda hər iki ölkənin ABŞ-dəki səfirlərinin rəhbərlik etdiyi Livan və İsrail nümayəndə heyətlərinin ilkin danışıqları keçiriləcək.

Oxşar xəbərlər

KİV: Livan və İsrail aprelin 11-də atəşkəs elan edə bilər
Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edir
Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər
Livan prezidenti: İsrail yanvarın 27-dək ölkənin cənubunu tərk etməlidir
İsrail ilə danışıqlar aparılmayacaq - Livan

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər