Ukrayna HHQ: Xmelnitski vilayətində "Su-24" qəzası zamanı hər iki pilot ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ukrayna HHQ: Xmelnitski vilayətində "Su-24" qəzası zamanı hər iki pilot ölüb - YENİLƏNİB


Ukraynanın Hərbi Hava Qüvvələri (HHQ) Xmelnitski vilayətində aviaqəza faktını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə HHQ-nin "Telegram" kanalında bəyanat yayılıb.

"İyunun 16-sı saat 19:00 radələrində Ukrayna Silahlı Qüvvələri HHQ-nin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasının Su-24M cəbhə bombardmançı təyyarəsi qəzaya uğrayıb. Su-24M-in ekipajı - pilot və şturman Xmelnitski vilayətində tapşırığı yerinə yetirirdi. Təəssüf ki, hər iki pilot - mayor Boqdan Zaqurlyuk və baş leytenant Boqdan Babenko - həlak olub", - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, təyyarənin düşdüyü yerdə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir. İlkin məlumata görə, mülki əhali arasında xəsarət alan yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

Ukraynanın Xmelnitski vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, onun "MiQ-29" qırıcı təyyarəsi olduğu ehtimal edilir.

Qeyd olunub ki, təyyarənin qalıqları Moskalyovka kəndi yaxınlığında aşkar edilib.

Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Oxşar xəbərlər

Xmelnitski vilayətində Ukraynanın "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğrayıb
İrkutskda bombardmançı təyyarə qəzaya uğrayıb
Xmelnitskidə Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb
Ukraynada MiQ-29 qırıcısı qəzaya uğrayıb, pilot ölüb
İranda hərbi təyyarə qəzaya uğrayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər