"Bild": Almaniya vətəndaşlarının Mertsə etimadı getdikcə daha da azalır
sizinxeber.az xəbər saytı

"Bild": Almaniya vətəndaşlarının Mertsə etimadı getdikcə daha da azalır


Almaniyada yanacağın qiymətlərinin artması fonunda kansler Fridrix Mertsin işindən narazılıq səviyyəsi yeni rekord həddə - 70 %-ə çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir.

Respondentlərin yalnız 21 %-i hökumət başçısının işini müsbət qiymətləndirib - mütləq antirekord. Daha 9 %-i isə bir qərara gələ bilməyib. Almaniya vətəndaşlarının 73 %-i XDİ/XSİ bloku və Almaniya Sosial-Demokrat Partiyasının daxil olduğu hökumətin fəaliyyətindən narazıdır, yalnız 20 %-i onu müsbət qiymətləndirir, daha 7 %-i isə öz mövqeyini müəyyənləşdirməyib.

Qeyd olunub ki, 1 003 nəfərin iştirak etdiyi sorğu aprelin 9-10-da keçirilib.

"Hətta hökumət partiyalarının tərəfdarlarının əksəriyyəti də hökumətdən narazıdır. Kanslerin və koalisiyanın bu tendensiyanı prinsipcə dəyişə biləcəyi ehtimalı azdır", - INSA-nın rəhbəri Herman Binkert hesab edir.

Oxşar xəbərlər

Almaniya kansleri Fridrix Mertsin reytinqi azalıb
Sorğu: Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır
KİV: Şoltsun partiyasının reytinqi düşməyə davam edir
Sorğu: Amerikalıların əksəriyyəti Baydenin fəaliyyətindən narazıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər