KİV: Şoltsun partiyasının reytinqi düşməyə davam edir
Almaniya kansleri Olaf Şoltsun Sosial Demokrat Partiyasının reytinqi düşməyə davam edir və cəmi 14 % təşkil edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu INSA İnstitutunun "Bild" nəşri üçün keçirdiyi sorğunun nəticələri sübut edir.
Nəticələrə görə, eyni zamanda, hakim koalisiyadan çıxmış Azad Demokrat Partiyasının istefada olan maliyyə naziri Kristian Lindnerin reytinqi 5 %-ə yüksəlib. Siyahıda lider əvvəlki kimi, 32 % reytinqi olan Xristian Demokratik və Xristian Sosial birliklərinin (CDU/CSU) müxalifət bloku olaraq qalır. İkinci yerdə 19 %-lə "Almaniya üçün alternativ" partiyası qərarlaşıb.
Nəşrin məlumatına görə, koalisiyada qalan "Yaşıllar" 4-cü yerdədir, respondentlərin 11 %-i onlara səs verməyə hazırdır. Qeyd olunur ki, sorğu noyabrın 21-22-də keçirilib və 1 001 nəfər iştirak edib.
Xatırladaq ki, Almaniya noyabrın əvvəlində Maliyyə Nazirliyinin rəhbəri Lindner Şoltsun təkidi ilə işdən çıxarıldıqdan sonra ciddi hökumət böhranı ilə üzləşib.
Oxşar xəbərlər
Sorğu: Almanların 70%-i hazırkı hökumətin işindən narazıdır
Almaniyanda sağçıların reytinqi mart ayından bəri ilk dəfə 20%-ə yüksəlib
Almaniyanın vitse-kansleri hakim koalisiyanın dağıldığını açıqlayıb
Bundestaq “Almaniya üçün Alternativ” partiyasının qadağan edilməsi ilə bağlı müraciətə baxacaq
Şolzun partiyasının reytinqi düşərək 14% təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













