Sizinxeber.az » Diaspor » Malayziya rəsmiləri COP29-a dəvət edilib

Malayziya rəsmiləri COP29-a dəvət edilib

  • 13-10-2024, 11:00
  • Diaspor
  • 0
  • 1 557

Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Kuala Lumpur şəhərinin meri xanım Maimunah Mohd Şarif ilə görüşüb.

Bu barədə “Report”a komitədən məlumat verilib.

Qeyd olunub ki, qonağı səmimi salamlayan mer bir neçə dəfə Bakıya səfər etdiyini, xalqımızın qonaqpərvərliyinə heyran olduğunu söyləyib, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) Malayziya rəsmilərinin dəvət olunmasına görə təşəkkürünü bildirib. O, Kuala Lumpur şəhərinin qədim hissəsini İçərişəhər kimi qorumaq üçün Bakının təcrübəsini öyrəndiklərini və tətbiq etmək niyyətində olduqlarını vurğulayıb.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradılan Komitənin fəaliyyət istiqamətləri barədə məlumat verən Fuad Muradov Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və şəbəkələşməsi, xaricdəki Azərbaycan icmalarının gördüyü işlər, eyni zamanda milli kimliklərini qoruması, ölkəmizə dost xalqların nümayəndələri ilə həyata keçirilən layihələr, azərbaycanlı tələbələrin Malayziyada təhsil həyatı, beynəlxalq layihələr çərçivəsində təcrübə mübadiləsi barədə fikirlərini açıqlayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

  • ff
DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Sertifikasiyadan kəsilən müəllimlər üçün komissiyalar yaradılıb
  2. Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
  3. Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - FOTO
  4. Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərindən sonra Ermənistana gedib
  5. Nazir: Azərbaycan iqtisadiyyatında çox ciddi transformasiya baş verir
  6. QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
  7. Sahil Babayev: Orta Dəhliz Azərbaycanın strateji mövqeyini daha da gücləndirir
  8. İtkin düşmüş şəxslərlə bağlı Onlayn Sorğu Mərkəzi istifadəyə verilib
  9. Serhat Köksal: QDTİB Azərbaycana investisiyaları artırmağa hazırdır
  10. Almaniyada xəstəxana yanıb: 2 pasiyent ölüb, 34 nəfər xəsarət alıb
sss
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
SÖZÜM VAR !