Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirib
sizinxeber.az xəbər saytı

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocavənd, Xocalı və Cəbrayıl rayonlarında sakinlərlə, Zəngilanda isə işəgötürənlərlə növbəti səyyar görüşlər keçirilib.

ƏƏSMN-dən APA-ya verilən xəbərə görə, sakinlərlə görüşlərdə onların məşğulluq imkanları qiymətləndirilib, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılıb.

Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s. barədə ətraflı məlumat verilib.

“Sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılıb.

İşəgötürənlərlə keçirilmiş görüşdə isə işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı istiqamətində görülən birgə işlərdən bəhs olunub. Agentliyin fəaliyyət istiqamətləri, aktiv məşğulluq proqramları, işəgötürənlərlə birgə icra olunan layihələr diqqətə çatdırılıb.

Əlavə iş yerlərinin yaradılması, məqsədli proqramlar barədə də işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub
266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Yanvar-aprel aylarında 139,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Cəbrayıl rayonunda əmək yarmarkası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər