Milli Xalça Muzeyinin Şuşa filialına iki sənətkarlıq nümunəsi hədiyyə edilib
Şuşa sakini Sahib Həsənov nənəsi ilə anasının 1959-cu ildə birgə toxuduğu “Bağçada güllər” xalçasını və XIX əsrin ortalarına aid məfrəşi filiala hədiyyə edib.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirlib ki, təqdim olunan Qarabağ xalçasının mərkəzində qızılgül təsvirləri verilib.
S.Həsənov qeyd edib ki, 1-ci Qarabağ müharibəsindən öncə bu xalça Şuşada onların evlərinin divarını bəzəyib: “Şəhər işğal olunanda ailəmiz üçün ən əziz əşya kimi onu da Bakıya apardıq. Xalçanın üzərində nənəmin və anamın adlarının baş hərfləri “Ə” (Əzət) və “S” (Səltənət) yazılıb. Xoşbəxtik ki, uzun illər sonra doğmalarımdan yadigar qalan bu xalça da bizimlə bərabər öz yurduna qayıtdı. Düşünürəm ki, ən doğru addım onu muzeyə bağışlamaqdır. Qoy bura gələn turistlər görsünlər ki, Azərbaycan qadınları nələr yaradıb”.
S.Həsənovun muzeyə bağışladığı digər əşya isə 100 ildən artıq yaşı olan məfrəşdir. O, xalça məmulatından yaylaqdan qışlağa, qışlaqdan isə yaylağa köçərkən sandıq kimi istifadə etdiklərini deyib.
Oxşar xəbərlər
Xalça Muzeyinə Qarabağda toxunan nadir xalça hədiyyə olunub - FOTO
Laçın Şəhəri Günü münasibətilə ustad dərsləri keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
Dünya Bankı: Ötən ay Avropa və ABŞ-da təbii qaz bahalaşıb
