Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzinin xidmət səviyyəsi 92 faizi keçib
sizinxeber.az xəbər saytı

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzinin xidmət səviyyəsi 92 faizi keçib


Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Bu barədə Sizinxeber.az-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir:

"May ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar sahə, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 15.695 müraciətdən 15.448-i cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 92.35 faiz olub, habelə vətəndaş müraciətləri ilə bağlı orta xidmət müddəti 1 dəqiqə 54 saniyə təşkil edib".

Bundan başqa, Çağrı Mərkəzində müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı ən son innovativ həlləri əks etdirən proqram təminatı vasitəsilə interaktiv səsli menyu, “geriyə zəng” və “zəng sifarişi” xidmətləri ilə ay ərzində 247 itirilmiş zənglə əks əlaqə yaradılıb və qeyri-iş günlərində müraciət edən 562 vətəndaşın suallarının cavablandırılması təmin edilib.

"Xidmət keyfiyyətinin dəyərləndirilməsi məqsədilə zəng bitdikdən sonra Çağrı Mərkəzi tərəfindən vətəndaşlara SMS göndərilir. Vətəndaşlar həmin SMS-dəki linkə daxil olub qısa sualları cavablandıraraq və əlavə şərh yazaraq göstərilən xidməti qiymətləndirə bilərlər. Ədliyyə Nazirliyi Çağrı Mərkəzinin inkişaf etdirilməsi, qanunvericiliyin tələblərinə və müasir standartlara uyğun təşkili, vətəndaş məmnunluğunun, operativliyin və göstərilən xidmətin keyfiyyətinin artırılması üçün davamlı olaraq tədbirlər həyata keçirir",- məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Məhkəmə Çağrı Mərkəzinin funksiyaları genişləndirilib
İcbari Sığorta Bürosunun Çağrı Mərkəzi yenilənib
“AzInTelecom" və "Azercell”in çağrı mərkəzləri birləşdirilib
Probasiya xidmətində deputatlarla görüş keçirilib
Ədliyyə Nazirliyinin Probasiya xidməti BDU ilə əməkdaşlıq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər