Xalça Muzeyinə Qarabağda toxunan nadir xalça hədiyyə olunub - FOTO
sizinxeber.az xəbər saytı

Xalça Muzeyinə Qarabağda toxunan nadir xalça hədiyyə olunub - FOTO


Azərbaycan Milli Xalça Muzeyinə XIX əsrə aid “Açma-yumma” xalçası hədiyyə olunub.

Sizinxeber.az xəbər verir ki, Almaniyanın Berlin şəhərində yaşayan, “İşiq yol” Azərbaycan Ədəbiyyat və Mədəniyyət Cəmiyyətinin üzvü olan kolleksiyaçı Hocat Abasi muzeyə 1825-ci ildə Şuşada toxunan Qarabağın “Açma-yumma” xalçasını hədiyyə edib. O, vətənindən ayrı düşən bu nəfis əsərin yaxın zamanda öz doğma yurduna qayıdacağını, muzeyin Şuşa filialında sərgilənəcəyini düşündükcə böyük sevinc və xoşbəxtlik hissi yaşadığını bildirib.

Xalçanın ara sahəsi və haşiyələri həndəsi və nəbati naxışlar, stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib.

Oxşar xəbərlər

XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər