“The Beach Boys” qrupunun yaradıcısı vəfat edib
sizinxeber.az xəbər saytı

“The Beach Boys” qrupunun yaradıcısı vəfat edib


"The Beach Boys" rok qrupunun mahnılarının müəllifi və prodüseri, amerikalı musiqiçi Brayan Vilson vəfat edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə onun ailəsi instaqramda məlumat yayıb.

Vilsonun 82 yaşı var idi, onun ölüm səbəbi barədə məlumat verilmir. 2024-cü ildə musiqiçinin neyrokoqnitiv pozğunluqdan əziyyət çəkdiyi məlum olub.

1961-ci ildə Brayan Vilson qardaşları və dostu ilə birlikdə “Pendletones” qrupunu yaradıb. Qrupun adı sonradan dəyişdirilərək “The Beach Boys” olub. 1990-cı illərin ortalarına qədər onlar “Surfin 'USA”, “I Get Around”, “Help Me”, “Rhonda” və “Good Vibrations” daxil olmaqla bir neçə hitə imza atıblar.

1999-cu ildən Vilson “Brian Wilson Presents Smile” (2004), “No Pier Pressure” (2015) və s. solo albomlarını buraxıb.

O, karyerası ərzində iki dəfə “Grammy” mükafatını qazanıb. 2021-ci ildə Wilson nəşr hüquqlarını “Universal”a 50 milyon dollara satıb və bir il sonra “Chicago” ilə birgə turne çərçivəsində son konsertini verib.

Oxşar xəbərlər

Məşhur rejissor Devid Linç vəfat edib
İran millisinin sabiq qapıçısı vəfat edib
Maykl Ceksonun qardaşı vəfat edib
UEFA Çempionlar Liqası: "Qalatasaray" məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər