Prezident İlham Əliyev: COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var
Mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşündə bildirib.
Dövlət başçısı deyib ki, mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var. Belə ki, 10 ildən artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək. Həmçinin yeni maliyyə hədəfinin müəyyən olunması ilə əlaqədar beynəlxalq maliyyə strukturları tərəfindən verilən açıqlamalar da müsbət mesajlar kimi qiymətləndirilir.
COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti qeyd edib ki, xüsusən inkişaf etməkdə olan dövlətlərin bu məsələdə böyük gözləntiləri var.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Çex Respublikasının Baş naziri ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Şarl Mişellə görüşüb - YENİLƏNİB
Prezident BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













