Prezident İlham Əliyev Şarl Mişellə görüşüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Şarl Mişellə görüşüb - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

APA xəbər verir ki, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə edib.

O, Avropa İttifaqının gündəliyində də iqlim dəyişmələrinin prioritet və vacib mövzulardan biri olduğunu deyib.

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Dövlət başçısı Prezident Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunun yüksək qiymətləndirildiyini qeyd edərək vurğulayıb ki, məhz onun vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.

***

13:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

Oxşar xəbərlər

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb - YENİLƏNİB
İlham Əliyev: Şarl Mişelin vasitəçiliyi dövründə Ermənistan-Azərbaycan danışıqlarında vacib istiqamətlər üzrə gündəlik formalaşıb
Prezident İlham Əliyev Şarl Mişellə görüşüb
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Şarl Mişelin İlham Əliyevdən xahişi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər