ISSB: İqlim keçidi standartının qlobal normaya çevrilməsi üzərində çalışırıq
sizinxeber.az xəbər saytı

ISSB: İqlim keçidi standartının qlobal normaya çevrilməsi üzərində çalışırıq


İqlim keçidi standartı ilə bağlı ən önəmli məsələlərdən biri resurs imkanlarına çıxış əldə etməkdir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Davamlılıq Standartları Şurasının (International Sustainability Standards Board - ISSB) Strateji infrastruktur və potensialın gücləndirilməsi şöbəsinin rəhbəri Mardi Makbrayn bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "İqlim keçidi planları: Çağırışlar və həll yolları" adlı tədbirdə bildirib.

"Bu ilin yayında iqlim keçidi ilə bağlı standartların qəbulu mühüm əhəmiyyət kəsb edir. İndi ən önəmli məsələ resurslara çıxış əldə etmək üçün Keçid Planı İşçi qrupu ilə birgə fəaliyyət göstərməyimizdir" - o qeyd edib.

Qonağın sözlərinə görə, ISSB hazırda bu standartın qlobal normaya çevrilməsi üzərində çalışır: "Bu gün 30-dan çox ölkə standartın qəbulu üzərində çalışır. Çindən Avstraliya və Braziliyaya qədər bu istiqamətdə fəaliyyət barədə düşünürük. Böyük Britaniya gələn il bununla bağlı məsləhətləşmələr aparacaq".

Oxşar xəbərlər

Mikayıl Cabbarov: "Enerji keçidi prosesində mühüm təşəbbüslərimiz var"
Səfir: Belçika COP29-da yüksək səviyyədə təmsil olunacaq
COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq
Bu gün Azərbaycanda COP29-a start verilir
Nazir müavini: Qırğızıstan iqlimə davamlı inkişaf modellərinə keçidi sürətləndirməyə sadiqdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər