Nazir müavini: Qırğızıstan iqlimə davamlı inkişaf modellərinə keçidi sürətləndirməyə sadiqdir
İqlim dəyişikliyi bütün səviyyələrdə təcili birgə fəaliyyət tələb edən çağırışlarla üzləşən bəşəriyyət üçün ən ciddi təhdidlərdən biridir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Qırğızıstanın ekologiya nazirinin müavini Asel Raimkulova Bakıda keçirilən “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq zamanı deyib.
"Bizim səylərimizin şəffaf, etibarlı və düzgün məlumatlara əsaslanması vacibdir", – o bildirib.
Nazir müavini qeyd edib ki, dünyanın iqlim dəyişikliyinə həssas dağlıq ölkələrindən biri olan Qırğızıstan iqlim dəyişikliyi ilə mübarizəyə və iqlimə davamlı, aşağı karbonlu inkişaf modellərinə keçidin sürətləndirilməsinə sadiq qalır.
“Hazırda biz potensialın artırılması, beynəlxalq səviyyədə tanınmış standartlara uyğun olaraq Paris Sazişi çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyətin şəffaflığının təmin edilməsi təşəbbüsünü həyata keçirməyi planlaşdırırıq”, - A.Raimkulova əlavə edib.
Oxşar xəbərlər
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
Qazaxıstan Prezidentinin müşaviri: Hesabatlarda şəffaflıq iqlim səylərində irəliləyişi izləmək üçün çox vacibdir
BMT rəsmisi: Bütün ölkələrdə və regionlarda təcili iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlər tələb olunur
BMT-nin rezident-əlaqələndiricisi: Şəffaflıq məsələlərinə göstərdiyi prioritet diqqətə görə Azərbaycana minnətdarıq
Syu Biniaz: Şəffaflığın və hesabatların təhlili doğru istiqamətdə hərəkət etdiyimizi anlamağa imkan verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












