Səfir: Belçika COP29-da yüksək səviyyədə təmsil olunacaq
Belçika bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29 yüksək səviyyədə təmsil olunacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu Belçikann Azərbaycana yeni təyin olunmuş səfiri Julyen de Frepo Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.
Azərbaycanda COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir bu tədbiri iqlim dəyişmələri ilə bağlı qlobal çağırış kimi dəyərləndirib.
O eyni zamanda Belçikanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib. Səfir COP29-un enerji keçidi və iqlim dəyişmələri ilə bağlı fəaliyyət göstərən Belçika şirkətlərinin öz imkanlarını və “yaşıl enerji” sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün də bir fürsət olacağını vurğulayıb .
Oxşar xəbərlər
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək
Vyetnamın Türkiyədəki səfiri: COP29 Azərbaycanın beynəlxalq səhnədəki önəmli rolunu əks etdirir
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
