Komitə Sədri: Qarabağı azad etməklə qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə veririk
sizinxeber.az xəbər saytı

Komitə Sədri: Qarabağı azad etməklə qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə veririk


“Dini Liderlərin Qlobal Bakı Sammitinin dünyaya verəcəyi mesaj gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacaq”.

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

O bildirib ki, bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər: “Qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin işləməsinə ehtiyac var.

Dini liderlərin sammiti, inanclı insanlara tanrının yaratdıqlarını qorumağın vacibliyini bir daha xatırladacaq. Harada yaşamağımızdan, dini əqidəmizdən asılı olmayaraq özümüzün və övladlarımızın gələcəyini qorumaq üçün hər birimizi qlobal iqlim dəyişiklikləri ilə mübarizədə iştiraka dəvət edəcək.

Dini liderlər həm də dini, etnik və sosial mənsubiyyətinə fərq qoymadan insanlara çağırış edəcək. Biz həqiqətən real təhlükənin astanasındayıq. Məsuliyyəti bölüşmək - qlobal çağırışların öhdəsindən gəlmək üçün ən yaxşı mübarizə üsulumuz, ən effektiv alətimiz ola bilər”.

Komitə Sədri vurğulayıb ki, biz Qarabağı işğaldan azad etməklə həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə veririk.

Ramin Məmmədov bildirib ki, işğaldan azad olunan ərazilərdə “yaşıl enerji zonası” yaradılır: “Azərbaycan 30 il ərzində ədalətsizliyin qurbanı olub. Torpaqlarını işğaldan azad etməklə ekosidə məruz qalan böyük bir ərazini fəlakətdən qurtarıb. İndi bu torpaqlarda ağıllı şəhərlər, ağıllı kəndlər inşa edilir, “yaşıl enerji zonası” yaradılır”.

Oxşar xəbərlər

QMİ sədri BMT-nin COP çərçivəsində Dini liderlərin Məşvərət Şurasının yaradılmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Baş katibi: Dini liderlərin fəaliyyəti iqlim ədalətinin əldə edilməsi üçün vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Patriarx Kirill: Ekosistemlərin məhvi bəşəriyyətin məhvinə səbəb ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moratinos: Dini liderlər iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verə bilərlər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər