COP 29 zamanı Bakıda 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq
COP 29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda təxminən 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkətinin dayandırılması nəzərdə tutulub.
"APA-Economics" xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
"Sabahdan hər bir marşrut haqqında məlumatları paylaşacağıq. Bu məlumatlarda hansı maşrutlar üzrə avtobusların hərəkətinin dayandırılacağı və altenativ marşrutlar göstəriləcək. Sadəcə indi bu böyük siyahını birdəfəlik paylaşıb çaşqınlıq yaratmaq istəmirik. Ona görə də bu məlumatları bir-bir paylaşmağa üstünlük veririk", - deyə A.Rzayev əlavə edib.
Oxşar xəbərlər
Anar Rzayev: COP29-un ilk günlərində aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq
COP29 günlərində Bakıda 57 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
Anar Rzayev: Məqsədimiz Bakının mərkəzində fərdi nəqliyyat vasitələrinin sayını azaltmaqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
