sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
COP-la bağlı müxtəlif ölkələrdən 400-dən çox gənc Azərbaycanda toplaşacaq
COP29-un baş turmasına 22 gün qalıb və COP öncəsi son hazırlıqlar görülür.
APA xəbər verir ki, bu barədə “Uniform Distribution and Accreditation Center”in (UDAC) açılış mərasimində COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gənclərin tədbirdə rolu və iştirakı maksimum səviyyədə olacaq. Həm bu konfransda, həm də COP öncəsi dünyanın müxtəlif ölkələrindən 400 nəfərdən çox gənc Azərbaycanda toplaşacaq. Qeyd olunub ki, Gənclər konfransının qərarı COP29-un Katibliyinə də təqdim ediləcək ki, tədbirin yekun sənədində məhz gənclərin də rəyi nəzərə alınsın".
Oxşar xəbərlər
Dünyanın müxtəlif ölkələrindən 400 gənc Bakıya gəlir
BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanda COP29-a hazırlıqlar çox yaxşı gedir
ADA-da “Davamlı gələcək: Gənclərin liderliyində yaşıl innovasiyalar” adlı tədbir keçirilib
“Yay Fest” çərçivəsində COP29 könüllüləri üçün düşərgə təşkil olunub
Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













