ADA-da “Davamlı gələcək: Gənclərin liderliyində yaşıl innovasiyalar” adlı tədbir keçirilib
sizinxeber.az xəbər saytı

ADA-da “Davamlı gələcək: Gənclərin liderliyində yaşıl innovasiyalar” adlı tədbir keçirilib


Bakı İqlim Həftəsi Çərçivəsində ADA Universitetində “Davamlı gələcək: Gənclərin liderliyində yaşıl innovasiyalar” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə gənclər startap layihələrini təqdim edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov startaplara aid dövlət dəstəyini yüksək qiymətləndirib və gənclərə onların əhəmiyyətindən bəhs edib.

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov nazirliyin istedadlı gənclərin ölkə daxilində və xaricdə dəstəklənməsinin vacibliyinə toxunub: “Nazirliyin bu sahədə bir sıra yeni layihələri hazırlanır, bununla bağlı beynəlxalq təcrübə öyrənilir”.

COP29-un Azərbaycan üzrə Gənclər çempionu Leyla Həsənova COP29-a gənclərin göstərdiyi dəstəyə görə təşəkkür edib: “İqlim həftələri dünyanın əsasən mərkəzi şəhərlərində keçirilir və birinci dəfədir ki, Mərkəzi Asiya regionunda keçirilir. Daha yaşıl daha təmiz və daha dayanıqlı gələcək üçün biz bu fürsəti dəyərləndirməliyik. COP29 çərçivəsində bu tədbirlərin Azərbaycanda keçirilməsi bizim üçün böyük fürsətdir. Bu fürsətdən istifadə etmək lazımdır”.

Daha sonra tədbir iştirakçılarının yaşıl innovasiyalarla bağlı təklifləri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Oxşar xəbərlər

Xaricdə təhsil üçün dövlət proqramına müraciət edənlərin sayı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un Prezidenti: Məktəbdən universitetə qədər daha güclü iqlim təhsili sistemi yaratmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Yay Fest” çərçivəsində COP29 könüllüləri üçün düşərgə təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Proqramı ilə xaricdə təhsil alacaq gənclərin sayı artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət Nazirliyi gənclər üçün təcrübə proqramı elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər