Media nümayəndələri Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla tanış olublar
Media nümayəndələri Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar.
"Report" xəbər verir ki, mediaturda Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov və COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak edib.
İştirakçılara COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məlumat verilib.
İştirakçılar ərazidə icra edilən tikinti-quraşdırma işləri ilə tanış olublar, yekun tamamlanma mərhələsindədir. COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili olduğu ərazidə olan media nümayəndələrinə hazırlıq işləri barədə məlumat verilib.
Həmçinin tədbirin keçirildiyi məkan, media mərkəzində yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizlik sahəsində icra olunan tədbirlər barədə iştirakçılar məlumatlandırılıb.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Prezident İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - FOTO - YENİLƏNİB
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub
COP29 Azərbaycan Əməliyyat Şirkəti BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsində iştirak edir
COP29-un Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Komitənin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
