Con Salonq: Uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi həssas ölkələr üçün vacibdir
Uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi iqlim dəyişikliyinə ən həssas olan ölkələr, xüsusən də kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün vacibdir.
"Report" xəbər verir ki, bunu Vanuatunun iqlim dəyişikliyi və uyğunlaşma üzrə naziri Con Salonq Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.
Onun sözlərinə görə, dünya birliyi uçurumun astanasındadır və bu, yeni reallıqlara uyğunlaşmanı daha da vacib edir.
"Adekvat maliyyə uyğunlaşması olmadan irəliyə doğru atılan bir addım ölkələrimiz üçün iqlimlə bağlı geri dönüşü olmayan ziyan və itkilərə səbəb olur. Söhbət mövcud olmaq üçün vasitələr, mədəni identiklik və əslində, bizim öz həyatımızdan gedir", - nazir bildirib.
C.Salonq Azərbaycana COP29-da sədrliyi çərçivəsində aktiv fəaliyyətinə görə təşəkkür edib və tərəfləri iqlimin maliyyələşdirilməsini genişləndirməyə çağırıb.
“Mən sizi həll yollarına diqqət yetirməyə, öhdəliklər və real fəaliyyət arasındakı fərqi aradan qaldırmağa çağırıram. Ölkələrimizdə uyğunlaşmanın maliyyələşdirilməsində daha effektiv irəliləyiş əldə etməyə imkan verəcək islahatların həyata keçirilməsinin vaxtı gəlib çatıb”, - o əlavə edib.
Oxşar xəbərlər
Nigar Arpadarai: İqlim məqsədlərinə nail olmaq üçün özəl sektorun fəal iştirakı vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Boris Titov: İqlim dəyişikliyinə uyğunlaşmaya investisiya yatırmaq üçün biznesin stimullara ehtiyacı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qırğızıstan XİN rəhbəri: COP29 bizim üçün olduqca vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: COP29-un uğurlu olması üçün Paris Sazişinin bütün müddəaları üzrə əlimizdən gələni etməliyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT nümayəndəliyi COP29 çərçivəsində iqlim mütəxəssislərini Azərbaycana dəvət edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












