Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecində "Məzun günü" keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin (BİK) "Məzun günü" keçirilib.
"Report" xəbər verir ki, Dövlət Himni ilə başlayan mərasimdə Qurani-Kərimdən ayələr tilavət olunub.
"Məzun günü"ndə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Aİİ-nin rektoru Aqil Şirinov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Çıxışlarda sözügedən təhsil müəssisələrinin ölkədə yüksəkixtisaslı dini kadrların hazırlanmasında mühüm rol oynadığı vurğulanıb, məzunların qazandıqları bilik və bacarıqları cəmiyyətin inkişafına töhfə vermək istiqamətində uğurla tətbiq edəcəklərinə əminlik ifadə olunub.
Tədbir çərçivəsində Aİİ və BİK-in tələbələrinin ifasında Hüseyn Cavidin "Vətən", Əliağa Vahidin "Vətəndir" və Həmzə Nigarinin "Qarabağ" şeirləri əsasında hazırlanmış qəzəl kompozisiyası təqdim olunub.
Daha sonra Aİİ-nin bakalavr və magistratura səviyyələri, eləcə də BİK-in məzunlarının çıxışları dinlənilib. Məzunlar təhsil aldıqları müddətdə qazandıqları bilik və təcrübəyə görə müəllimlərinə və İnstitut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Aİİ-nin ötən buraxılışlarının məzunları çıxış edərək təhsil aldıqları dövrə dair xatirələrini bölüşərək, hazırda fəaliyyət göstərdikləri sahələrdə əldə etdikləri uğurlardan danışıblar, gənc məzunlara tövsiyələrini çatdırıblar.
Tədbirdə tələbələrin ifasında Əsmaül-Hüsna və Nizami Gəncəvinin "Minacat" əsərindən ibarət ilahi təqdim olunub.
Daha sonra məzun andı səsləndirilib.
Tədbirdə Aİİ və BİK-in yüksək akademik göstəricilərlə fərqlənən məzunları, elmi-ictimai fəaliyyətdə aktiv iştirak edən müəllimləri və əməkdaşlari təltif olunublar.
Sonda məzunlarla xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, bu il Azərbaycan İlahiyyat İnstitutunun V, Bakı İlahiyyat Kollecinin isə I məzun buraxılışı olub.
Oxşar xəbərlər
Ramin Məmmədov İlahiyyat İnstitutunun məzunlarını milli-mənəvi dəyərləri qorumağa çağırıb
Rektor: Bu gün Azərbaycan İlahiyyat İnstitutundan 56 tələbə məzun olur
DQİDK-nin dəstəyi ilə İlahiyyat İnistutunda layihə həyata keçirilir
Sədr: İlahiyyat İnstitutunun əsas məqsədi dövlətçilik ənənələrinə sadiq, peşəkar mütəxəssislər yetişdirməkdir
Azərbaycanla Polşa arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
