COP-un məlumat bazasının direktoru: Azərbaycanın sədrliyində çoxşaxəli əməkdaşlıqlar görəcəyik
Azərbaycanın COP29 Sədrliyində çoxşaxəli əməkdaşlıqlar görəcəyik. COP29 Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfə verməsi üçün fürsət olacaq və uğurlu nəticələrə gətirib çıxaracaq.
Bu sözləri "Report"un ABŞ bürosuna açıqlamasında COP-un məlumat bazasını formalaşdıran Karbonun Açıqlanması Layihəsinin (Carbon Disclosure Project-CDP) Baş İcraçı direktoru Şeri Madera deyib.
Madera bildirib ki, CDP layihəsi hər il minlərlə şirkət, şəhərlər, əyalətlər və bölgələrə iqlim dəyişikliyi, su təhlükəsizliyi və meşələrin qırılması ilə bağlı risk və imkanları ölçmək və idarə etmək üçün dəstək verir: "CDP artıq 24 ildir ki, qlobal səviyyədə fəaliyyət göstərən QHT-dir və baş ofisimiz Böyük Britaniyada yerləşir. Bizə hesabat verən 23 mindən çox şirkət, təşkilat və ölkələrlə qarşılıqlı əlaqədəyik. Biz bunu investorların, alıcıların, ölkələrin və maraqlı tərəflərin tələbləri əsasında edirik. Hər il CDP hesabat dövründə təqdim olunan məlumatları müstəqil qiymətləndirmə metodologiyası vasitəsilə iqlim dəyişikliyi, meşələr və su təhlükəsizliyi ilə bağlı fəaliyyətləri stimullaşdırmaq üçün istifadə edirik".
İcraçı direktorun sözlərinə görə, məlumat bazası sadə səslənə bilər, lakin əslində iqlimlə bağlı qərar qəbul etmək üçün əsasdır: "COP görüşləri bəzən sadəcə müzakirələrlə davam edən platforma kimi qiymətləndirilir. Fikrimcə, bu müzakirələr çox vacibdir. Məlumatlar, ideyalar və qərar qəbul etmə prosesi müzakirələr yolu ilə həyata keçirilməlidir. COP29, COP30 və sonrakı COP-lardan əldə olunan uğurlar məhz bu möhkəm məlumat bazasına əsaslanacaq".
Madera əlavə edib ki, COP29-un əsas gözləntilərindən biri iqlim maliyyəsidir: "Maliyyənin daha çox ehtiyaclı ölkələrə çatdırılması və kapitala çıxışın təmin olunması CDP-in məlumat bazasında toplanan göstəricilər əsasında müəyyən olunacaq".
Oxşar xəbərlər
IOM-in baş direktoru: Azərbaycanın COP29-a sədirliyini səbirsizliklə gözləyirik
UNICEF-in direktor müavini: Azərbaycanın COP sədrliyində uşaqlarla bağlı uğurlu təşəbbüslər planı var
Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir
Qırğızıstan XİN rəhbəri: COP29 bizim üçün olduqca vacibdir
Julia Souder: Azərbaycanın COP29-la bağlı fəaliyyətini yüksək qiymətləndiririk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












