Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir
Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir. Artıq bir müddətdir Azərbaycan höküməti bu tədbirə yüksək səviyyədə hazırlaşır.
Bunu Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi, Bosniya və Herseqovinanın sabiq Baş naziri (2001-2002-ci illər) Zlatko Laqumdzija "Sizinxeber.az"un ABŞ bürosuna açıqlamasında deyib.
Diplomat vurğulayıb ki, COP29-un əsas məsələlərindən biri iqlim dəyişikliyinin maliyyəsidir və bu mövzuda Azərbaycanın rolu çox böyük gözləntilər doğurur:
"Ötən müddət ərzində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin rəhbərliyi altında uğurlu danışıqların və görüşlərin keçirilməsi diqqətəlayiqdir. Əminik ki, Azərbaycanın Sədrliyində keçirilən COP-da iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq".
Z.Laqumdzija qeyd edib ki, COP29-un mövzusu çox genişdir və fərqli təşəbbüslər zəngindir: "Səhiyyə, təhsil, innovasiya, elm, texnologiya, iqlim dəyişikliyinə qadınların cəlb olunması, gender məsələləri və digər mövzular müzakirə edilir. Bu sahələrdə aparılan paralel danışıqlar COP29-da vahid bir platformada birləşəcək. Hər bir təşəbbüsün uğurlu nəticələrini analiz etmək vacibdir. COP29-u digərlərindən fərqləndirən ən əsas cəhətlərdən biri daha çox maraqlı tərəflərin iştirak etməsidir. Müxtəlif qeyri-hökumət təşkilatları, biznes ictimaiyyəti və digər bir sıra qurumlar bu tədbirdə təmsil olunacaq. Artıq yüzdən çox ölkə lideri və dövlət nümayəndələrinin COP29-a qatılacağı məlumdur. Hər kəs anlayır ki, əgər iqlim dəyişikliyinə qarşı təcili addımlar atılmasa, nəticələri çox ağır olacaq və bütün sektorlar bu təsirin altına alacaq".
Oxşar xəbərlər
Tacikistanın BMT-dəki daimi nümayəndəsi: Azərbaycanın COP29-a uğurlu ev sahibliyi edəcəyinə əminik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kristina Martinez: COP29-un Paris İqlim Sazişinin icra edilməsində mühüm rolu olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Somali XİN başçısı: COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla sıx əməkdaşlığa hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Afrikalı nazir: Azərbaycanın COP29 Sədrliyindən gözləntilərimiz böyükdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Julia Souder: Azərbaycanın COP29-la bağlı fəaliyyətini yüksək qiymətləndiririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












