Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir
Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Çin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ədalətli qlobal iqlim idarəetmə sisteminin yaradılmasına sadiqdir.
“Ölkələrimiz arasında praktiki əməkdaşlıq dərinləşməkdə davam edir. Bu ilin ilk 7 ayında ikitərəfli ticarət dövriyyəsi illik müqayisədə 21,9 % artaraq rekord səviyyəyə çatıb. “Bir kəmər və bir yol” təşəbbüsü Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində koordinasiyanı sürətləndirməyə kömək edir, çünki bu marşrutun cənub hissəsində Azərbaycandan keçən Çin-Avropa dəmir yolu ekspreslərinin sayı sürətlə artır”, - o bildirib.
Din Tao qeyd edib ki, Çin və Azərbaycan arasındakı ticarət dövriyyəsi də dinamik artım nümayiş etdirir. Onun sözlərinə görə, Azərbaycan məhsulları Çində getdikcə daha çox tanınır.
“Çin-Azərbaycan münasibətlərinin ötən 32 ili göstərdi ki, ölkələr suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, başqa bir dövlətin daxili işlərinə qarışmamaq, bərabərlik və qarşılıqlı fayda, habelə dinc yanaşı yaşamaq prinsiplərinə sadiq qalaraq, müxtəlif sosial sistemlər, ideologiyalar və tarixlərlə uğurla əməkdaşlıq edə bilirlər”, - o söyləyib.
Çinin müvəqqəti işlər vəkili vurğulayıb ki, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq inkişaf edir.
Oxşar xəbərlər
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
Overçuk: Bu il Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 16 milyard dollara çata bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
