Overçuk: Bu il Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 16 milyard dollara çata bilər
2024-cü ildə Ermənistan və Rusiya arasındakı ticarət dövriyyəsi 14-16 milyard ABŞ dolları arasında dəyişə bilər. Bu da 2020-ci ilin analoji göstəricisindən (2,3 milyard ABŞ dolları) altı dəfə çoxdur.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ilə birlikdə keçirdikləri Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrlərinin görüşündə deyib.
“Rəqəmlər və faktlar bütün səs-küylü açıqlamalardan daha yaxşıdır. 2023-cü ildə Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 55,8 % artaraq 7,4 milyard dollara çatıb. Bu il artım sürətlənib. Təkcə bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsi 8,4 milyard dollar təşkil edib”, - o deyib.
Tərəflər sənaye, enerji, nəqliyyat və logistika, maliyyə və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsinin cari məsələlərini müzakirə ediblər.
Görüşün nəticəsi olaraq komissiyanın növbəti iclasının yaxın vaxtlarda Rusiyada keçirilməsi barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
İranın qonşuları ilə ticarət dövriyyəsi 19 milyard dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ilə Azərbaycan arasında milli valyutada qarşılıqlı hesablaşmalar 54 %-i ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ilə Azərbaycan arasında milli valyutada hesablaşmaların payı 70 %-i ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












