Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir: bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 21 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, ölkələr arasında investisiya sahəsində əməkdaşlıq intensiv şəkildə inkişaf edir: “Azərbaycanda Çin sərmayəli 256 kommersiya təşkilatı fəal şəkildə işləyir. Çin şirkətlərinin Azərbaycandakı əlverişli biznes mühitindən yararlana bilməsi üçün lazımi dəstəyi göstərməyə davam edəcəyik”.
Ş.Mustafayevin sözlərinə görə, tranzit daşımalar iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. “Azərbaycanda tranzit potensialının artırılması üçün irimiqyaslı nəqliyyat infrastrukturu layihələri həyata keçirilib. Ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr Çindən Avropaya və əks istiqamətdə yüklərin çatdırılması üçün ən qısa və səmərəli marşrutları təşkil edir. Nəticədə Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib”, - o bildirib.
Oxşar xəbərlər
Son 30 ildə Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşlarının həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
