Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq


Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması müzakirə edilib.

“Sizinxeber.az” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovla Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə görüşdə aparılıb.

M.Məmmədov bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir: "Azərbaycan Latviya ilə iqtisadi və ticari əlaqələrin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir".

Azərbaycanda etibarlı və əlverişli biznes mühitinin, eləcə də böyük tranzit potensialının olduğunu xatırladan nazir əlavə edib ki, latviyalı sahibkarlar Azərbaycanın investisiya imkanlarını dəyərləndirə və nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilərlər.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, Latviyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.

Səfir isə ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Oxşar xəbərlər

Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının 6-cı iclası olacaq
Azərbaycan və İordaniya aqrar sahədə birgə İşçi Qrup yarada bilər
Bakı və Riqa hökumətlərarası komissiyanın iclasının tarixini razılaşdırıb
Azərbaycan və Qazaxıstan aqrar sahədə birgə layihələr icra edəcək
Əli Əsədov Moldova Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər