Bakı və Riqa hökumətlərarası komissiyanın iclasının tarixini razılaşdırıb
sizinxeber.az xəbər saytı

Bakı və Riqa hökumətlərarası komissiyanın iclasının tarixini razılaşdırıb


Azərbaycan və Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, doqquzuncu iclasının mayın 12-də Bakıda keçirilməsini razılaşdırıb.

“Sizinxeber.az” Latviyanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir Armands Krauzenin Azərbaycanın Riqadakı səfiri Elnur Sultanovla görüşündə müzakirə olunub.

Tərəflər latviyalı nazirin Azərbaycana planlaşdırılan səfərini, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

"Görüşdə Latviya tərəfinin əvvəllər təqdim etdiyi əməkdaşlıq təkliflərinə xüsusi diqqət yetirilib. Azərbaycan meşə təsərrüfatı sahəsində tərəfdaşlığın inkişafına xüsusi maraq göstərib", - məlumatda vurğulanıb.

Müsahiblər ölkələr arasında aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.

Qeyd edək ki, hökumətlərarası komissiyanın səkkizinci iclası 2022-ci ilin mayında Riqada keçirilib.

Oxşar xəbərlər

Səfir: Bakı və Riqa 2025-ci ildə Hökumətlərarası Komissiyanın iclasına hazırlaşır
Bakıda “Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü” keçirilir
Fariz Rzayev: Azərbaycan və Latviya bütün səviyyələrdə fəal dialoq aparır
Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb
Səfir latviyalı nazirlə Bakı və Riqa arasında iqtisadi qarşılıqlı fəaliyyəti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər