Azərbaycanda çiyələk əkinlərinin sığortalanmasına başlanılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda çiyələk əkinlərinin sığortalanmasına başlanılıb


Azərbaycanda 2025-ci il üzrə çiyələk əkinlərinin sığortalanmasına başlanılıb.

“Sizinxeber.az” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, ölkədə meyvə bağları və giləmeyvə əkinlərinin dövlət dəstəyi ilə sığortalanması prosesi davam edir. Son illərdə çiyələk plantasiyalarının sahəsi artmaqdadır. Belə ki, 2023-cü ildə 313 hektar, 2024-cü ildə isə 221 hektar yeni çiyələk bağı salınıb.

"Hazırda ölkə üzrə ümumilikdə 4 256 hektar sahədə çiyələk və digər giləmeyvə növləri yetişdirilir ki, bunun 4 000 hektarı artıq məhsul verir. Çiyələk əsasən Cəlilabad (600 hektar), Lənkəran (360 hektar), Masallı (300 hektar) və Şəmkir (300 hektar) rayonlarında əkilir. Çiyələk plantasiyalarında orta illik məhsuldarlıq 1 hektara təxminən 10 ton təşkil edir. Ötən ildə isə Cəlilabad rayonunda rekord göstərici - 32 ton/hektar orta məhsuldarlıq qeydə alınıb", - məlumatda deyilir.

Sığorta tariflərinə gəlincə, 1 000 manatlıq çiyələk məhsulunun sığortalanması fermerlərə Lənkəran-Astara regionunda 14,7 manata, Mərkəzi Aran regionunda 14,2 manata, Qazax-Tovuz regionunda 30,7 manata, Quba-Xaçmaz regionunda 16 manata başa gəlir:

Qeyd edilir ki, dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çiyələk əkinlərini bir sıra risklərdən – dolu, doludan məhsulun keyfiyyətinə zərər, fırtına və qasırğa, sel və subasma, üçüncü şəxslərin hərəkəti, vəhşi heyvanların hücumu və digər təbii hadisələrdən sığortalayır. Fermerlər bu sığorta imkanından cüzi ödənişlə və sərfəli şərtlərlə yararlana bilərlər. Sığorta haqqının 50 %-i dövlət tərəfindən ödənilir.

Oxşar xəbərlər

Cəlilabadda çiyələk yığımı davam edir, məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir 
Cəlilabadda ötən illə müqayisədə 3 min tondan çox çiyələk toplanıb
Cəlilabadda bu il 2 190 hektar sahədə təkrar əkin aparılıb
Cəlilabadda çiyələk əkini aparılır, bu il əkin sahələrinin artırılacağı gözlənilir 
Cəlilabadda meyvə və giləmeyvə yığımı yekunlaşıb, bu il məhsuldarlıq bol olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər