Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq


Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa bu gün çıxacaq.

"Sizinxeber.az"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.

Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycanın minifutbol yığması bu gün yarımfinalda Serbiya ilə qarşılaşacaq
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəlib
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edərək 1/4 finala yüksəlib
Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər