Hakan Fidan: ABŞ ilə İran arasında istənilən razılaşma İsrailin maraqlarına uyğun deyil » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
in
2026
20:30
0
0
1 013
ff aaaaaaa

Hakan Fidan: ABŞ ilə İran arasında istənilən razılaşma İsrailin maraqlarına uyğun deyil

07 in, 2026
20:30
1 013

Hakan Fidan: ABŞ ilə İran arasında istənilən razılaşma İsrailin maraqlarına uyğun deyil

Hazırda ABŞ və İran arasında istənilən razılaşma İsrailin maraqlarına uyğun deyil.

"Report" xəbər verir ki, H. Fidan bu barədə Cənubi Koreyaya səfəri çərçivəsində "JTBC TV"yə müsahibəsində deyib.

Buna baxmayaraq, Türkiyə xarici işlər nazirinin fikrincə, ABŞ ilə İran arasında anlaşma memorandumunun son variantı ilə bağlı ümumi razılıq əldə edilib.

"ABŞ və İran arasında davam edən razılaşma barədə nikbinəm, çünki hər iki tərəflə, vasitəçi Pakistan və bölgədəki digər bəzi əlaqədar ölkələrlə müntəzəm məsləhətləşmələr aparıram", türkiyəli nazir bildirib və əlavə edib ki, bəzi texniki detallar qalsa da, yekun təsdiq məsələsində hər iki tərəf ilk layihənin son variant üzərində ümumi bir razılığa gəlib.

Münaqişənin sona çatması məsələsində nə qədər çətin olsa da, nikbin olduğunu dilə gətirən Fidan, hər iki tərəfin fərqli çətinliklərlə üz-üzə qaldığını, lakin eyni nəticəni istədiyini söyləyib.

O, Türkiyənin müvafiq təşəbbüs göstəriləcəyi təqdirdə Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməyə hazır olduğunu da açıqlayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul