Zaur Əliyev: Aqrar və qida məhsulları ixracının 2030-cu ilədək 2 mlrd. dollara çatdırılması hədəflənir
sizinxeber.az xəbər saytı

Zaur Əliyev: Aqrar və qida məhsulları ixracının 2030-cu ilədək 2 mlrd. dollara çatdırılması hədəflənir


Azərbaycanda aqrar və qida məhsullarının ixracının 2030-cu ilədək 2 milyard dollara çatdırılması nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bunu mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Onun sözlərinə görə, hazırda aqrar və qida məhsullarının ixracı təxminən 1,5 milyard dollar təşkil edir.

Nazir müavini bildirib ki, 2026–2030-cu illər üzrə Dövlət Proqramının əsas hədəflərindən biri kənd təsərrüfatında illik ümumi daxili məhsul artımının ən azı 2% və ya daha yüksək səviyyədə təmin edilməsidir.

Zaur Əliyev qeyd edib ki, proqram çərçivəsində aqrar və qida məhsullarının ixracında illik 6%-dən çox artıma nail olunması da nəzərdə tutulur.

Onun sözlərinə görə, ixracın artırılması yalnız həcm və dəyər baxımından deyil, həm də ixrac coğrafiyasının şaxələndirilməsi hesabına təmin ediləcək.

Nazir müavini əlavə edib ki, Dövlət Proqramında istehsal, məhsulların saxlanması, emal güclərinin artırılması, satış imkanlarının genişləndirilməsi, eləcə də sektoru dəstəkləyən hüquqi və institusional islahatlar üzrə tədbirlər nəzərdə tutulub.

Oxşar xəbərlər

Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir
Nazir: İqlim dəyişikliklərinin aqrar sahəyə təsiri həddən çoxdur
Dünya Bankı: Aqrar sektorda səmərəli tədbirlər 2050-ci ilə kimi emissiyaları 16 gigatondan çox azalda bilər
FAO: Aqrar sistemin maliyyələşdirilməsinə hər il 1,1 trilyon dollar investisiya tələb edilir
Aqrar sektor 1%-ə yaxın böyüyüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər