Nazir: İqlim dəyişikliklərinin aqrar sahəyə təsiri həddən çoxdur
COP 29 Azərbaycanda keçirilən ən mühüm tədbirlərdən biridir. Tədbir çərçivəsində iqlim dəyişikliyi ilə bağlı olan müzakirələr aqrar sahəyə öz töhfəsini verəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O, qeyd edib ki, iqlim dəyişikliklərinin aqrar sahəyə verdiyi neqativ təsirlər həddən artıq böyükdür:
"19 noyabr tarixində Kənd təsərrüfatı, Qida və Su Günü keçiriləcək və həmin gün aqrar sahə ilə bağlı, iqlim dəyişmələrinin aqrar sahəyə təsirləri ilə bağlı müzakirələr aparılacaq. Azərbaycanda irəli sürülən 14 təşəbbüsdən biri aqrar sahə ilə bağlıdır. Bu, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsüdür. Ümid edirik ki, bu təşəbbüs bütün indiyə kimi olmuş aqrar təşəbbüslərin bir yerdə aqreqatoru rolunu oynayacaq. Bu təşəbbüsləri bir yerə toplayacaq, koordinasiya edəcək və aqrar sahə və fermerlər üçün qərarlar veriləcək".
Oxşar xəbərlər
Yaxın günlərdə Azərbaycanın iqlim təşəbbüsləri BMT-nin Baş Assambleyasında irəli sürüləcək
Muxtar Babayev: Dəyişən iqlimə uyğunlaşmaq üçün davamlı qida və su sistemləri qurmalıyıq
Ölkədə aqrar sektor 1%-ə yaxın böyüyüb
BMT nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı problemlər şirkətləri cəlb etmədən həll edilməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
