Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib
Serbiya ilə İsrail arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu İsrailə səfəri ilə bağlı danışan Serbiyanın xarici işlər naziri Marko Curiç bildirib.
O qeyd edib ki, Serbiya-İsrail-ABŞ üçbucağı çərçivəsində əməkdaşlıq üçün əhəmiyyətli imkanlar mövcuddur.
Nazir səfər çərçivəsində qarşı tərəfi Kosovo və Metohiyada yaşayan serb xalqının vəziyyəti barədə məlumatlandırdığını da diqqətə çatdırıb.
M. Curiç vurğulayıb ki, Yerusəlimdə Serbiya-İsrail Ticarət Palatası təsis ediləcək:
"Bu qurum hər iki ölkədə uğurla fəaliyyət göstərən şirkətləri birləşdirən iqtisadi assosiasiya olmaqla iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm addımdır. İsrail Serbiya üçün daha geniş beynəlxalq kontekstdə də mühüm tərəfdaşdır".
Oxşar xəbərlər
Marko Curiç: Serbiya Avropada mövcud problemlərin həllinin bir hissəsidir
Marko Curiç: Serbiya Avropa İttifaqına üzvlüyə sadiqdir
Serbiya ABŞ-nin Avropada statusunu möhkəmləndirmək istəyir
ABŞ və Serbiya iqtisadi əlaqələrin gücləndirilməsi üzərində işləmək barədə razılığa gəliblər
Serbiya Ukraynanın bərpasına kömək etməyə hazır olduğunu bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
