Azərbaycan İsraillə birgə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yarada bilər
Azərbaycanda İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yaradıla bilər.
“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, bu məsələ qurumun İdarə heyətinin sədri Fərid Osmanovun İsrailə işgüzar səfəri çərçivəsində “Checkpoint” təşkilatının rəhbərliyi ilə görüşündə müzakirə edilib.
Tərəflər həmçinin ölkəmizdə kibertəhlükəsizlik akademiyasının təsis edilməsi və “Checkpoint” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi imkanlarını, şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi və lokal tərəfdaşlıqlar vasitəsilə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini nəzərdən keçirib.
Eyni zamanda nümayəndə heyəti İsrailin aparıcı vençur fondlarından biri olan “OurCrowd” platformasının rəhbərliyi ilə birgə investisiya layihələrinin reallaşdırılması, qabaqcıl texnologiyaların Azərbaycana transferi, həmçinin startaplar arasında təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Səfər çərçivəsində avtonom idarəetmə və süni intellekt texnologiyaları üzrə qlobal liderlərdən biri olan “Mobileye” şirkətinin rəhbərliyi ilə Azərbaycanın rəqəmsal transformasiya və innovasiya gündəliyinə uyğun əməkdaşlıq imkanları da geniş şəkildə müzakirə edilib.
Oxşar xəbərlər
İsrail şirkəti ilə Azərbaycanda Kibertəhlükəsizlik Əməliyyat Mərkəzlərinin yaradılması müzakirə edilib
Fərid Osmanov: “Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik üzrə kadrlara tələbatı artırır”
İRİA: Azərbaycanda yerli kibertəhlükəsizlik məhsullarının inkişafı bu sahənin dayanıqlı inkişafını dəstəkləyə bilər
Azərbaycan və İsrail şirkəti Orta Dəhliz çərçivəsində daşımaları müzakirə edib
Azərbaycan İnnovasiya Mərkəzi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
