İlham Əliyev: Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir
Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkənin əsas prioritetləri sırasındadır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirilib.
Dövlət başçısı qeyd edib ki, bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir:
"Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir".
Müraciətdə vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir:
"Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər, həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir. Əminəm ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq, beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir”.
Oxşar xəbərlər
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
Energetika Nazirliyi: Bakı Enerji Həftəsi “yaşıl enerji” gündəmini formalaşdıran beynəlxalq platformaya çevrilib
Bakıda 30-cu Yubiley Bakı Enerji Həftəsi keçiriləcək
BMT Avropa İqtisadi Komissiyası sentyabrda Dayanıqlı Enerji Həftəsini keçirəcək
Nazir müavini: “Avropada enerji təhlükəsizliyinə töhfəmizi davam etdirəcəyik”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













