“Tasnim”: ABŞ və İran arasında mümkün razılaşma 14 bənddən ibarət olacaq
sizinxeber.az xəbər saytı

“Tasnim”: ABŞ və İran arasında mümkün razılaşma 14 bənddən ibarət olacaq


“İrəliləyişlərə baxmayaraq, bəzi fikir ayrılıqları hələ də qalır”.

Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, “Tasnim” agentliyi İran və ABŞ arasında aparılan danışıqların son vəziyyəti ilə bağlı hesabat yayıb.

Agentlik Məhəmmədbaqir Qalibafın İran parlamentinin sədri və ABŞ-la danışıqlarda İran nümayəndə heyətinin rəhbəri qismində Qətərə səfərinə toxunaraq bildirib ki, Qalibaf, Abbas Əraqçi və onları müşayiət edən nümayəndə heyətinin Qətərə səfərindən sonra İranın bloklanmış 12 milyard dollarlıq vəsaitinin azad olunması ilə bağlı müəyyən irəliləyiş əldə edilib. Bununla belə, məsələnin bəzi detalları hələ yekunlaşmayıb.

“Tasnim” qeyd edib ki, son iki-üç gündə ümumi irəliləyişə baxmayaraq, bəzi maddələr, sözlər və ifadələrlə bağlı fikir ayrılıqları qalır və tərəflər arasında mesaj mübadiləsi davam edir.

Agentlik onu da əlavə edib ki, mövcud fikir ayrılıqları aradan qaldırıldıqdan sonra memorandum yekunlaşarsa, onun elan mexanizmi qarşılıqlı razılıq əsasında və birgə formada həyata keçirilməlidir. ABŞ tərəfindən birtərəfli açıqlamanın verilməsi isə tam qeyri-dəqiq ola bilər.

Məlumata görə, bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin başa çatmasının elan olunması, İranın bloklanmış aktivlərindən 12 milyard dolların azad edilməsi (ümumilikdə 24 milyard dollar), dəniz blokadasının aradan qaldırılmasına başlanılması və Hörmüz boğazının mərhələli açılması mümkün anlaşmanın ilkin addımları sırasında yer alacaq.

“Tasnim” sonda bildirib ki, ilk mərhələdən sonra nüvə məsələsi ilə bağlı danışıqlar üçün 60 günlük, uzadıla bilən müddət nəzərdə tutulur. İran ilkin mərhələdə zənginləşdirilmiş materiallar, fəaliyyətin dayandırılması və digər nüvə məsələləri ilə bağlı heç bir öhdəlik götürməyib.

Agentlik həmçinin vurğulayıb ki, İranın neft, neft-kimya məhsulları və törəmə məhsullarının satışına mane olan sanksiyalar danışıqlar dövründə dayandırılmalıdır.

“Tasnim” Hörmüz boğazı ilə bağlı da əlavə edib ki, boğazın açılması və dəniz blokadasının aradan qaldırılması 30 gün ərzində həyata keçiriləcək. İran bildirib ki, Hörmüz boğazından keçən gəmilərin sayı baxımından vəziyyət 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarıla bilər və blokada tamamilə aradan qaldırılmalıdır.

Agentlik qeyd edib ki, İslamabad danışıqlarından sonra İran və ABŞ arasında birbaşa görüş keçirilməyib və mesaj mübadiləsi, eləcə də mümkün memorandumun hazırlanması prosesi vasitəçi ölkələr üzərindən davam etdirilib.

“Tasnim” sonda mümkün memorandumun 14 bənddən ibarət ola biləcəyini vurğulayıb.

Oxşar xəbərlər

Əraqçi və Qalibaf ABŞ-la mümkün razılaşma barədə danışıqlar aparmaq üçün Qətərə gedib - YENİLƏNİB
"Tasnim": ABŞ ilə İran arasında memorandum 14 bənddən ibarət olacaq
İran XİN: Tehran və Vaşinqton 14 bəndlik təklif üzərində müzakirələri davam etdirir
İran XİN: Tramp komandası ilə mesaj mübadiləsi etməmişik
İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər