Alparslan Bayraktar: Türkiyənin Azərbaycanla nümunəvi enerji əməkdaşlığı var
Türkiyənin Azərbaycanla nümunəvi enerji əməkdaşlığı var.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq yalnız Türkiyənin deyil, bütövlükdə regionun təbii qaz bazarlarına töhfə verib:
"Bakı-Tiflis-Ceyhan neft boru kəməri vasitəsilə xüsusilə təbii qazla bağlı çox vacib işlər həyata keçiririk. Bu gün iki qardaş ölkə olaraq dünya neft sektoruna da çox mühüm töhfə veririk. Ona görə də Azərbaycanla nümunəvi enerji əməkdaşlığımız var. Bu da yalnız Türkiyə ilə Azərbaycan arasında deyil, bütövlükdə regiona və ümumilikdə qlobal neft və təbii qaz bazarlarına töhfə verən, həm enerji təchizatı, həm də qiymətlər baxımından çox mühüm əməkdaşlıqdır. İnşallah, bunu davam etdirəcəyik".
Oxşar xəbərlər
Alparslan Bayraktar: Türkiyənin Hörmüzdən başqa alternativ marşrutları da var
Alparslan Bayraktar: "Zəngəzur dəhlizi üzərindən enerji və logistika axını Türkiyəyə yönələcək"
Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır
Alparslan Bayraktar: "Bu gün Kilisdə tarixi bir ana şahidlik edirik"
Alparslan Bayraktar: “Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
