Kriştianu Ronaldunun kolleksiya kartı 1,35 milyon dollara satılıb
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun nadir kolleksiya kartı rekord məbləğə alıcı tapıb.
"Report" ESPN-ə istinadən xəbər verir ki, futbolçunun İtaliyanın "Yuventus" klubunda çıxış etdiyi dövrə aid olan eksklüziv "2018 Panini Kaboom" kartı hərracda 1,35 milyon dollara satılıb.
Bu, indiyədək Ronaldunun kartları üçün ödənilən ən yüksək məbləğdir. Sözügedən satış həm də futbol kartları tarixində ikinci ən bahalı sövdələşmə kimi qeydə alınıb. Bu sahədə rekord 1,5 milyon dollara satılan Lionel Messinin debüt kartına məxsusdur. Əfsanəvi Pelenin kartı isə 1,33 milyon dollarla üçüncü ən bahalı əşya olub.
Ronaldunun kartı üzrə əvvəlki rekord cəmi iki gün əvvəl, mayın 22-də qeydə alınmışdı. Həmin vaxt ulduz futbolçunun digər bir nadir kartı hərracda 420 min dollara satılmışdı. Son satış əvvəlki rekordu üç dəfədən çox təzələyib.
Qeyd edək ki, dünyada cəmi bir nüsxədə olan bu yaşıl rəngli kart "Professional Sports Authenticator" (PSA) tərəfindən ən yüksək keyfiyyət dərəcəsi (PSA 10 - ideal vəziyyət) ilə qiymətləndirilib.
Oxşar xəbərlər
Lebron Ceymsin imzalı ticarət kartı hərracda 1 milyon dollara satılıb
Əfsanəvi basketbolçunun forması hərracda 2 milyon dollara satılıb
Kriştianu Ronaldunun transfer qiyməti aşağı enib
Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun yeni baş məşqçisi açıqlanıb
Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun baş məşqçisi postundan qovulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
