Aygün Əliyeva: COP29-dan sonra WUF13-ün Azərbaycanda keçirilməsi ölkəyə göstərilən etimadın nəticəsidir
sizinxeber.az xəbər saytı

Aygün Əliyeva: COP29-dan sonra WUF13-ün Azərbaycanda keçirilməsi ölkəyə göstərilən etimadın nəticəsidir


COP29-dan sonra WUF13-ün Azərbaycanda keçirilməsi ölkəyə göstərilən etimadın nəticəsidir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva WUF13 çərçivəsində təşkil olunan Vətəndaş Cəmiyyəti və Yerli Təşəbbüs Təşkilatlarının Dəyirmi Masasında deyib.

O bildirib ki, bu gün Bakı çox böyük tədbirə ev sahibliyi edir:

"Şəhərlər təkcə infrastruktur deyil, həm də sülh deməkdir. Azərbaycanın bu forumu keçirməsi təsadüfi deyil. COP29-dan sonra bu tədbirin təşkili Azərbaycana göstərilən etimadın nəticəsidir. Bizim ölkə postmünaqişədən sonra yenidənqurma işləri həyata keçirir. Müasir ekosistemlər qurulur. Yenidənqurma işləri sadəcə infrastruktur deyil, bu, həm də insanların gələcəyə olan ümidlərini bərpa etməkdir. Burada icmaların rolu çox böyükdür".

Oxşar xəbərlər

Bakıda WUF13 QHT Forumu keçiriləcək
Aygün Əliyeva: Davamlı inkişaf standartlarının tətbiqi dövlət və cəmiyyətin koordinasiyasını tələb edir
Aygün Əliyeva: WUF13 QHT Forumu keçiriləcək
Elçin Babayev: WUF13-ün Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir
Aygün Əliyeva: Şəhərlər betonla deyil, ortaq məsuliyyətlə qurulur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər