Bakıda WUF13 QHT Forumu keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda WUF13 QHT Forumu keçiriləcək


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə mayın 19-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) QHT Forumu keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva qurumun 5 illik fəaliyyəti ilə bağlı mətbuat konfransında deyib.

O qeyd edib ki, Foruma 100-dən çox ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərinin qatılması gözlənilir: "Bu qlobal tədbir yerli və xarici QHT-lərin WUF13 irsinə çevriləcək".

A.Əliyeva, həmçinin mayın 14-də "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının, mayın 16-da isə Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsinin gözlənildiyini də əlavə edib.

Sədr 2026-cı ilin sentyabrında Gəncə şəhərində Azərbaycan QHT-lərin Əməkdaşlıq Forumunun keçiriləcəyini də deyib.

Oxşar xəbərlər

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatoru təyin edilib
Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək
Adil Məmmədov: "WUF13-ə 30 minə yaxın iştirakçının qatılması gözlənilir"
İlyas Demirçi: WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda şəhərsalma təcrübəsinin sübutudur
WUF13 QHT Koalisiyası yaradılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər