"Barselona" İspaniya çempionatında tarixi rekorda imza atıb
"Barselona" öz meydanında "Betis"i 3:1 hesabı ilə məğlub edərək İspaniya La Liqasında tarixi rekorda imza atıb.
"Report" "Opta" statistika portalına istinadən xəbər verir ki, Kataloniya klubu çempionatın 38 turdan (19 ev oyunu) ibarət formatda keçirildiyi dövrdə "doğma divarlar" arasında bütün matçlarda qələbə qazanan ilk komanda olub.
Bu, turnir tarixində 1985/1986 mövsümündən bəri ilk belə hadisədir. Həmin vaxt Madrid "Real"ı öz meydanında keçirdiyi 17 oyunun hamısında qalib gəlmişdi.
Qeyd edək ki, "Barselona" 2025/2026 mövsümündə İspaniya çempionluğunu vaxtından əvvəl təmin edib. Komandanın 37 oyundan sonra 94 xalı var. Kataloniyalılar doğma meydanda keçirdikləri 19 qarşılaşmada 57 qol vurub, qapılarında isə 10 qol görüblər.
Oxşar xəbərlər
"Barselona" "Real Madrid"lə matçda tarixi rekorda imza atıb
"Barselona" "Real Madrid"lə matçda rekorda imza atıb
"Barselona" klubu rekorda imza atıb
"Arsenal" Çempionlar Liqasında tarixi rekorda imza atıb
"Barselona" yeni rekorda imza atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
