İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır
sizinxeber.az xəbər saytı

İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır


Prezident İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Bolqarıstan Prezidenti İliyana Yotova WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

O, öncə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:

"Prezident İlham Əliyev Bakını elə bir məkana çevirib ki, burada hər kəs gələcəkdən danışır. Hazırda dünyada 2,8 milyard insanın mənzili yoxdur. Problemin həll olunması üçün qarşıdakı onillikdə hər saniyədə bir mənzil tikməlidir. Bu sadəcə bazar yox, ədalət məsələsidir. Bir şəhər insanlarını mənzillə təmin etmək gücünü itirdikdə insanını itirir. Müasir şəhər heç kimin özünü atılmış hiss etmədiyi məkandır. Biz bu gün meqaregionlardan danışırıq. Bu reallığı rədd edə bilmərik, lakin onlar artıq işləmir. Biz prinsiplərə əsaslanan idarəetmə yaratmalıyıq. Burada hökumətlər və icmalar bir yerdə işləməlidr"

L.Yotova daha sonra qlobal iqlim dəyişikliyində bəhs edərək bu prosesin regionlara təsirinə toxunub:

"Alimlər xəbərdarlıq edirlər ki, əgər belə davam edərsə, insanlar öz regionlarını tərk edəcəklər. Biz Avropa İttifaqının üzvüyük, amma ölkəmiz əhalinin qocalması, daxili miqrasiya kimi problemlərlə üzləşir. Bir ailə artıq şəhərdə özünə ev ala bilmirsə, onun gələcəyə ümidi qalmır. Problemlər eyni olanda həll yolları da bənzər olmalıdır. Bizim investisiyalarımız insanlara yönəlməlidir. Ağıllı şəhər sistemləri insanlara xidmət edəndə məna qazanaq. Şəhərlər insanları gəlirlərinə, və nəsillərinə görə parçalamamalıdır. Şəhərin uğuru göydələnlərin tikilməsi deyil, bütün vətəndaşlarına qucaq açmasıdır. Şəhər o zaman böyüyür ki, insan özünü orada süni hiss etmir. Bakını tərk edərkən bir bəyanatla yox, iradə ilə geri dönmək istəyirəm".

Oxşar xəbərlər

Bolqarıstan Prezidenti: Bakı dünyanın gələcəyi haqqında danışılan məkana çevrilib
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb
Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahəsində mühüm sazişlər imzalanıb
Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər